“Layihədən əvvəl onlar səhər yeməyi yemirdilər” - UNICEF NÜMAYƏNDƏSİ

7 İyul 2022 10:59 (UTC+04:00)

“16 məktəbdə oxuyan şagirdlərin biliklərini araşdırdıq və məlum oldu ki, qida təhlükəsizliyi və sağlam qidalanma ilə bağlı 28 şagirdin düzgün anlayışı var”. SİA xəbər verir ki, bu sözləri BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsinin müavini cənab William abi Abdallah AQTA, UNICEF və TN birgə təşkilatçılığı ilə "Məktəblilərin qida bələdçiləri" pilot layihəsinin yekunlarına həsr olunan media brifinqdə deyib.

Onun sözlərinə görə, şagirdlərin məlumatını yoxlayandığmız zaman bu göstərici 98 faiz idi: “Biz öyrəndik ki, layihədən əvvəl onlar səhər yeməyi yemirdilər. Layihədən sonra isə vəziyyət dəyişdi”.

Cənab William abi Abdallah sözlərinə belə davam edib: “Layihədən öncə şagirdlərin 33 faizi həftənin ən az 5 günü şirniyyat qəbul edirdi. Layihədən sonra isə bu göstərici 13 faizə düşdü”.

Ayşən Vəli