Bakı-Quba yolunda qəza - 3 nəfət ölüb

7 İyul 2022 09:50 (UTC+04:00)

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində dəhşətli qəza baş verib.

SİA-nın məlumatına görə, qəza nəticəsində 3 nəfər həlak olub.

Bunlar 1986-cı il təvəllüdlü Məmmədov Aydın Əlif oğlu, 1957-ci il təvəllüdlü Səlimov Nadim Məhəmməd oğlu və 1967-ci il təvəllüdlü Səlimova Zülfət Seyfulla qızıdır. Qəza nəticəsində həlak olan hər iki kişi avtomobillərin sürücüləri olub.