Floridada təhlükəli Afrika ilbizinə görə karantin elan edilib

7 İyul 2022 08:45 (UTC+04:00)

ABŞ-ın Florida ştatının Kənd Təsərrüfatı və İnsan Xidmətləri Departamenti təhlükəli ilbizin aşkarlanması ilə əlaqədar karantin elan edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “New York Post” məlumat yayıb.

Pasko dairəsinin sakinləri şəhərin küçələrində həm insanlara, həm də vəhşi təbiətə zərər verə biləcək nəhəng Afrika quru ilbizi aşkar ediblər. Heyvan insanlarda menengitə səbəb ola bilən siçovul ağciyər qurdunun daşıyıcısıdır.

İdarədən bildirilib ki, mütəxəssislər əraziyə baxış keçirir və zəhərli yem çiləyirlər.