Qusarda 14 yaşlı məktəbli kanalda boğulub

7 İyul 2022 08:16 (UTC+04:00)

Qusar rayonunda bədbəxt hadisə baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quxuroba kəndində qeydə alınıb.\

Kənd sakini, 2008-ci il təvəllüdlü Ağamirzəyev Amin Şahin oğlu Samur-Abşeron kanalında çimərkən boğulub.

Onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırmalar aparılır.