İtaliyada buzlaq uçqunu nəticəsində ölənlərin sayı artıb

7 İyul 2022 07:42 (UTC+04:00)

İtaliyada Alp dağlarının Marmolada zirvəsindəki Punta Rokka buzlağından qopan buz təbəqəsinin dağda olan alpinistlərin üzərinə çökməsi nəticəsində ölənlərin sayı 9-a yüksəlib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, aparılan axtarış-xilasetmə əməliyyatları zamanı uçqunun altından daha iki nəfərin cəsədi çıxarılıb. Beləliklə, hadisə nəticəsində həlak olanların sayı 9-a çatıb.

Hazırda itkin düşənlərin axtarışları davam etdirilir.