Ermənilərin “köhnə və yeni iradları”..?

7 İyul 2022 06:22 (UTC+04:00)

...Deyirəm, bunların yuxarıda yerləri yox, aşağını da bəyənmirlər.

...Beləliklə, erməni nəşrlərinin yazdığına görə, Türkiyə- Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın Vyanada keçirilən dördüncü görüşündə konkret razılaşmalar əldə olunub.

Belə ki, tərəflər müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini ən qısa müddətdə keçmək imkanını təmin etmək barədə razılığa gəliblər.

Həmçinin iki ölkə arasında yüklərin birbaşa hava nəqliyyatı ilə daşınmasına tezliklə başlanması barədə razılıq əldə olunub və bu istiqamətdə lazımi proseslərin başlanması barədə qərar qəbul edilib və s. və ilaxır.

Əslində, etiraf edilməlidir ki, ilk “ayaqaçdı üçün” elə də pis nəticə deyil. Amma, gəlin baxaq, bunlar erməniləri qane edirmi? Maraqlıdır, “razılaşmanın” ayrı-ayrı bəndlərinə sırf özlərinəməxsus “nırx” qoymağa çalışan ermənilərin, görən iddiaları nədir?

Məsələn, ermənilər iddia edirlər ki, burada sevindirici bir hal varsa, o da üçüncü ölkə vətəndaşları üçündür. Yəni burada Ermənistan vətəndaşlarını sevinəcək heç bir nəsnə yoxdur. Əslində, bəlkə də “düz deyirlər”?

Çünki, Ermənistan-Türkiyə sərhədləri bağlı olanda belə Ermənistan vətəndaşları, öz ölkələrində acından ölməmək üçün min bir yolla da olsa, Türkiyə ərazisinə keçib ailələrini azuqə ilə təmin edirdilər. Deyim ki, bu əslində Türkiyə tərəfinin humanizmi kimi qəbul edilməlidir. Çünki Türkiyə tərəfi dəfələrlə ölkə ərazisindəki qeyri-qanuni erməni miqrantların sayı və miqdarı barədə məlumatlı olduğunu etiraf etsə də, onların acınacaqlı vəziyyətini də gözə alırdı...

Yeri gəlmişkən, burada başqa bir məqama diqqət çəkmək yerinə düşər. Məsələn, ermənilər üçüncü ölkə vətəndaşları üçün yaranmış yeni logistik imkanların Ermənistanın tranzit potensialını artırmaqla yanaşı, müvafiq olaraq ermənilərə əlavə gəlir gətirəcəyini...gizlətmirlər, əksinə etiraf edirlər.

Amma bunu da elə etiraf edirlər ki, sanki Türkiyə bütün bunları ermənilər üçün etməkdə borclu imiş. Hələ bir qonşu dövləti “...on illərdir Ermənistana qarşı nəqliyyat blokadası həyata keçirməkdə” “ittiham” edirlər.

Erməni təxəyyülünə görə, guya beynəlxalq hüquqa görə bu, təcavüz aktıdır. “İndi isə əslində, otuz illik təcavüzü davam etdirən Türkiyə blokadada kiçik bir pəncərə, daha doğrusu, pəncərə açmağa razılaşır. Və hətta yalnız üçüncü ölkələrin vətəndaşları üçün...”. Bunu ermənilər deyir.

Qeyd edək ki, burada ermənilərin dediklərinə şərh verməyə belə lüzum görünmür.

...Gəlin “erməni iradı” ilə bağlı başqa bir məqama diqqət yetirək. Deməli, ermənilər iddia edirlər ki, Ermənistan Türkiyə məhsullarını idxal edir, amma Türkiyənin özünə praktiki olaraq heç nə ixrac etmir. Onlar burada hətta statistik göstərici də təqdim edib deyirlər ki, məsələn, müharibədən əvvəlki 2019-cu ildə Ermənistan Respublikası Türkiyəyə 2,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib, amma Türkiyə ermənilərə 268 milyon dollardan artıq məhsul satıb.

...Burada haşiyə çıxaraq qeyd edim ki, bir müddət bundan əvvəl Ermənistanda satılan türk mallarının satışına qarşı boykot kampaniyası təşkil ediləndə nəinki yerli erməni iş adamları, hətta ölkənin iqtisadiyyat naziri Vahan Kerobyan da buna etiraz etmişdilər.

Onlar gizli yolla da olsa ölkəyə gətirilib İrəvan bazarlarında satılan türk mallarının keyfiyyəyinə görə, həm yerli, həm də Rusiya və Çindən gətirilən malları üstələdiyini etiraf etmək məcburiyyətində qalmışdılar. Məhz buna görədə bəzi erməni səlahiyyətlilərinin türk mallarına qarşı təşkil etdikləri boykot sonradan iflasa uğradı.

Amma, deyəsən, ermənilər bunu “unudublar”?

Çünki, onlar yenidən sərhədin açılmasını “...Türkiyə blokadanı götürmədən, işğalçılıq siyasətindən əl çəkmədən Ermənistanı öz malları ilə doldurmaq üçün əlavə fürsət əldə edir” kimi təqdin edirlər.

Qeyd edilməlidir ki, türklərin ermənilərə təklif etdikləri bütün optimal variantlara baxmayaraq, onlar “əsas problemlər”in hələ də həllini tapmadıöını iddia edirlər.

Maraqlıdır, görən “əsas problemlər” adlandıqdıqları “problem” nəmənədir belə? Əslinə aqlsa, heç nə, sadəcə erməni olmaları...

..Hə, yadımdaykən, onu da deyim. Deməli, ermənilərin bu məsələdə “iradlarından” biri də “yüklərin birbaşa hava nəqliyyatı ilə daşınması” ilə bağlıdır. Məsələn, onlar deyirlər ki, türklərdə təyyarələr var deyə, onlar problemsiz yüklərini daşıyacaqlar, bəs, belə olan halda yük təyyarələri olmayan biri kimi, biz neyləyəcəyik..?

P.S. Ötən gecə ermənilərin iqtisadiyyat naziri Vahan Kerobyan özünü “İnstaqramın kralı” adlandıran məşhur poker oyunçusu, erməni Den Bilzerianla görüşüb.

“Bu gün mən Den Bilzerian və onun həmkarları ilə Ermənistanda məhsuldar investisiyaların yatırılması imkanlarını müzakirə etmək üçün görüşdüm”, - nazir özünün “Facebook” səhifəsində bildirib.

Təbii ki, başadüşüləndir. Çünki erməni ələbaxan bir millət kimi həmişə poker oyunçuları kimilərin göndərdiyi ianələr hesabına ayaqda durub.

Ağasəf Babayev