Conson onu istefaya çağıran naziri işdən çıxarıb

7 İyul 2022 05:17 (UTC+04:00)

Böyük Britaniyanın baş naziri Boris Conson mənzil-məişət naziri Maykl Qovu vəzifəsindən azad edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Guardian” yazıb.

Nəşrin məlumatına görə, siyasətçi Nazirlər Kabinetinin rəhbərinin istefaya getməsi ilə bağlı çağırış etməsinə görə işdən çıxarılıb.