Ağ Evin daha bir mətbuat işçisi istefa verəcək

7 İyul 2022 03:07 (UTC+04:00)

Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild tezliklə vəzifəsindən ayrılacaq.

SİA APA-ya istinadən xəbər verir ki, o ailəsi ilə çox vaxt keçirmək üçün belə bir qərar verib.

Eyni zamanda, kanalın mənbəyi qeyd edib ki, Bedinqfild ABŞ prezidenti Co Baydenin gündəmini kənardan izləyəcək.

Vəzifəsdən getməsinə səbəb qadının azyaşlı uşaqları və bir vaxtlar prezident administrasiyasında çalışmış əri ilə daha çox vaxt keçirmək olub.

Bedinqfild Bayden hələ vitse-prezident olarkən ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsində çalışıb.