Kapadokya bölgəsinə turist axını artaraq davam edir

7 İyul 2022 01:58 (UTC+04:00)

Türkiyənin məşhur turizm bölgələrindən Kapadokya iyun ayında rekord sayda turistdə ev sahibliyi edib.

SİA Türkitənin TRT telekanalına istinadən xəbər verir ki, bu barədə Nevşehir valiliyindən məlumat yayılıb: “Bir-birindən möhtəşəm və diqqətləri cəlb edən təbii gözəlliklərə, abidələrə, yeraltı şəhərlərinə, qayalarda oyulmuş otel və kilsələrə ev sahibliyi edən Kapadokya bölgəsini iyun ayında 381 min 761 turist ziyarət edib”.