Yeddi oyunun dördündə qol olmadı

7 İyul 2022 00:56 (UTC+04:00)

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.

SİA Qol.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə 7 qarşılaşma keçirilib.

Maraqlıdır ki, bu matçlardan dördündə qapılara qol vurulmayıb.

Qeyd edək ki,mərhələnin cavab görüşləri iyulun 12-si və 13-də oynanılacaq.

UEFA Çempionlar Liqası

1-ci təsnifat mərhələsi, ilk oyunlar

6 iyul

18:00. "Tobol" (Qazaxıstan) - "Ferentsvaroş" (Macarıstan) - 0:0

20:00. "Bodo Qlimt" (Norveç) - "Klasksvik" (Farer adaları) - 3:0

Qollar: Viktor Bonifase, 11; 31; 58-pen.

20:00. HIK (Finlandiya) - RFŞ (Latviya) - 1:0

Qol: Manuel Martiç, 11

21:30. "Düdelanj" (Lüksemburq) - "Tirana" (Albaniya) - 1:0

Qol: Hasan Nader, 71

22:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Şerif" (Moldova) - 0:0

22:15. "Maribor" (Sloveniya) - "Şaxtyor" (Soliqorsk, Belarus) - 0:0

22:30. "Slovan" (Bratislava, Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan) - 0:0

5 iyul

"Pünik" (Ermənistan) - ÇFR (Rumıniya) - 0:0

"Malmö” (İsveç) - "Vikinqur" (İslandiya) - 3:2

"Ludoqorets" (Bolqarıstan) - "Sutyeska" (Monteneqro) - 2:0

"Balikani" (Kosovo) - "Jalgiris" (Litva) - 1:1

TNS (Uels) - “Linfild” (Şimali İrlandiya) - 1:0

"Lex" (Polşa) - "Qarabağ" (Azərbaycan) - 1:0

"Şemrok Rovers" (İrlandiya) - "Hibernians" (Malta) - 3:0

"Şkupi" (Şimali Makedoniya) - “Linkoln” (Cəbəllütariq) - 3:0