Salah yeni müqavilə ilə nə qədər qazanacaq?

7 İyul 2022 00:17 (UTC+04:00)

Məhəmməd Salahın "Liverpul"la yeni müqaviləsinin təfərrüatları məlum olub.

SİA Qol.az-a istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən, 30 yaşlı hücumçu həftədə 350 min funt-sterlinqdən çox qazanır. Bildirilib ki, bonuslarla misirli oyunçunun maaşı həftədə təxminən 400 minə çata bilər.

Qeyd edək ki, Mersisayd klubu iyulun 1-i Salahla müqavilənin müddətini 2025-ci ilin yayına kimi uzadıb.