Yaponiyada anomal istilərdən 17 nəfər ölüb

7 İyul 2022 00:11 (UTC+04:00)

Yaponiyada iyun ayında anomal istilərdən 17 nəfərin öldüyü bildirilir.

Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyindən verilən açıqlamada bildirilib ki, ötən ay ölkədə günvurma şikayəti ilə xəstəxanaya 15 657 nəfər müraciət edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, açıqlamada xəstəxanaya müraciət edən 17 nəfərin anomal istilərdən sutka ərzində dünyasını dəyişdiyi bildirilib.

Paytaxt Tokioda keçən həftə temperaturun 36,4 dərəcəyə yüksəldiyi vurğulanaraq, son 147 ilin ən yüksək temperaturlarının ayın son həftələrində yaşandığı qeyd edilib.

Xatırladaq ki, ölkədə 2011-ci ildə həddindən artıq istilər səbəbindən 6 min 980 nəfər xəstəxanaya yerləşdirilib, 14 nəfər dünyasını dəyişib.