"Borussiya" hücumçu transfer etdi

6 İyul 2022 22:45 (UTC+04:00)

Dortmund "Borussiya"sı "Ayaks"ın hücumçusu Sebastian Halleri transfer edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Fildişi Sahili millisinin üzvü ilə 2026-cı ilin iyununa kimi müqavilə imzalanıb.

Qeyd edək ki, S.Haller ötən mövsüm 42 matda 34 qol vurub, 9 qolun ötürməsini verib.