İran: Nüvə danışıqlarını davam etdirəcəyik

6 İyul 2022 22:37 (UTC+04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Cozep Borrell ilə nüvə danışıqlarını müzakirə edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Xarici işlər naziri Abdullahiyan “Twitter” hesabında bu barədə məlumat yayıb. Nüvə sazişinin həyata keçirilməsi və İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması məqsədi ilə Borrell ilə telefon vasitəsi ilə görüşdüyünü ifadə edən Xarici işlər naziri Əmir Abdullahiyan: “Razılığa yalnız qarşılıqlı anlaşma və maraqlara hörmət əsasında nail olmaq mümkündür. Güclü və daimi razılaşma əldə etmək üçün danışıqları davam etdirəcəyik. ABŞ bu sahədə nə istidiyini konkret olaraq açıqlamalı və mövqeyini ortaya qoymalıdır. Birtərəfli tələbləri tekrarlamaqla heç nə əldə etmək olmaz.

Yada salaq ki, 2015-ci ildə imzalanan və 2018-ci ildə ABŞ-nın birtərəfli çıxdığı Birgə Hərtərəfli Fəaliyyət Planı (OKEP) kimi də tanınan İran nüvə sazişi ilə bağlı danışıqlar ən son Qətərin paytaxtı Dohada aparılıb.