"Rusiya taxılının daşınmasının qarşısında çoxlu maneələr var"

6 İyul 2022 22:21 (UTC+04:00)

"Rusiya taxılına tələbat çox yüksəkdir, lakin onun dünya bazarına çıxarılmasında bir çox maneələr var".

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamada deyib.
Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin taxıl daşınması ilə bağlı işləri davam etdirirvə mövcud şərtlər çərçivəsində müvafiq şirkətlə görüşəcək.

"Xüsusən də indiki vəziyyətdə onu ehtiyaca görə qiymətləndirsək, taxılımıza tələbat çox yüksəkdir. Amma buna ehtiyacı olan dünya bazarlarına gedən yolda o çoxlu maneələr var", -Peskov qeyd edib.

Peskov bu maneələrin “ilk növbədə Avropa İttifaqı ölkələrinin tətbiq etdiyi qeyri-qanuni sanksiyalar və məhdudiyyətlər səbəbindən” ortaya çıxdığına diqqət çəkib.

Dmitri Peskov Ukrayna limanlarından quru yükün çıxarılmasına dair danışıqlar və Rusiyanın rolu ilə bağlı suala cavabında iyulun 5-də Rusiyanın müdafiə naziri Sergey Şoyqunun həmin gəmilərin çıxışına dair iki koridor açıldığı açıqlamasını xatırladıb.