"Barselona"dan Ronaldo açıqlaması

6 İyul 2022 22:05 (UTC+04:00)

"Barselona"nın prezidenti Joan Laporta "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun mümkün transferi haqda danışıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, o, portuqaliyalı oyunçunun agenti Jorje Mendeşlə nahar etdiyini təsdiqləyib: “Düzdür, Mendeşlə nahar etmişəm. Mən heç nəyi istisna etməyəcəyəm, bu, bizim maraqlarımıza uyğun gəlmir. Mendeşin nə dediyini dəqiqləşdirməyəcəyəm. Onunla həmişə danışmaqda maraqlıyam. Mendeş transfer bazarındakı vəziyyətdən danışır”.

Qeyd edək ki, bundan əvvəl Ronaldonun "Mançester Yunayted"dən ayrılmaq istədiyi barədə xəbərlər yayılıb.