XƏZƏRYANI DÖVLƏTLƏRİN DAYANIQLI MÜNASİBƏTİ ŞƏRH

6 İyul 2022 16:00 (UTC+04:00)

İyun ayının 29-da, Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilmişdir. Zirvə toplantısının keçirilməsinin əsas məqsədi xəzərin bioloji su ehtiyatının qorunub saxlanılmasına və ətraf mühitin hazırki vəziyyəti haqqında müzakirələrin aparılması olmuşdur. 2018-ci ildə xəzərin hüquqi statusuna dair Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edən akt imzalanmışdır. Qeyd olunan Konvensiya aktı Xəzəryanı ölkələrin V sammitində, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin Xəzər dənizinin hüquqi statusu haqqında imzaladığı müqavilədir. Müqavilə, tərəflərə resursları bölüşdürmək üçün yol xəritəsi müəyyənləşdirmək və digər qüvvələrin orada hərbi birlik yaradılmasına mane olmaq imkanı yaradılmasına yönəldilmişdir.Xəzəryanı dövlətlərin arasında dayanıqlı münasibəti təmin edən amillərdən biri də ölkələrin qarşılıqlı fəaliyyətləridir. Bu istər təhlükəsizlik baxımından, istər nəqliyyət-kommunikasiya baxımından, istərsə də bioloji ehtiyatların qorunub saxlanılması və qarşılıqlı maraq doğuran digər sahələr baxımından olsun. Hazırda Xəzər dənizinin regionun beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün zəmin yaranmışdır. Bəli, biz bilirik ki, Xəzər dənizini əhatə edən dövlətlər iqtisadiyyat və güc baxımından seçilən ölkələrdir. Bu ölkələr Xəzərin gələcəyi naminə birlik göstərərək, yarana bilən hər hansı bir potensial təhlükədən qorumalıdırlar ki, həm su qonşuluğu prinsipi pozulmasın, həmçinin də Xəzərin ekoloji vəziyyəti yaxşılaşsın.

Behbud Quluzadə

YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi