Nukusda iğtişaşlarda iştirak edən xarici qüvvələr – Özbəkistan Milli Qvardiyası

6 İyul 2022 13:46 (UTC+04:00)

"İstintaqın ilk nəticələri iyulun 1-2-də Nukusda baş vermiş iğtişaşlarda xarici qüvvələrin iştirak etdiyini bildirməyə imkan verir". SİA xəbər verir ki, bu barədə çərşənbə günü Özbəkistan Milli Qvardiyasının rəisi Zəfər Alimov məlumat verib.

“Nukusdakı iğtişaşlardan dərhal sonra başlayan araşdırmanın nəticələri inandırıcı şəkildə sübut edir ki, onlar təsadüfi olmayıb və əvvəlcədən hazırlanıb. Hazırda istintaqın sirri təfərrüatları aydınlaşdırmağa imkan vermir, lakin saxlanılanlar arasında həmin anda Qaraqalpaqıstanın paytaxtında təsadüfi olmayan xarici dövlətlərin nümayəndələri də var”, - deyə Alimov xarici və yerli jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.