KTMT-nin məsuliyyət zonasında əsl informasiya müharibəsi gedir

6 İyul 2022 13:44 (UTC+04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında əsl informasiya müharibəsi başlayıb, kompüter hücumlarının eksponensial artımı müşahidə olunur. SİA xəbər verir ki, bunu çərşənbə günü KTMT katibliyinin nümayəndəsi Aleksandr Kuznetsov "İnfoforum - Soçi" IX Cənub İnformasiya Təhlükəsizliyi Forumunda deyib.

“Dövlətlərimizin informasiya infrastrukturlarına kiberhücumların sayı artır. Kompüter hücumlarının eksponensial artımı var və onların sayı xeyli artıb, əksəriyyəti mürəkkəbdir. Bu il bu sahədə qarşıda duran vəzifələr daha da kəskin, ciddi və miqyaslı olub. Faktiki olaraq, KTMT-nin cavabdehlik zonasında informasiya məkanında əsl təcavüz, müharibə baş verib”.