Putin məhbuslara təklif verib

6 İyul 2022 12:59 (UTC+04:00)

Rusiyada həbsxanalarda qalan məhbusların Ukrayna müharibəsi üçün cəbhəyə göndəriləcəyi planlaşdırılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya hökumətinin məhbuslara şirnikləndirici təklif etməsi məhbusların yaxınlarını dəhşətə gətirib.

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə 5-ci ayda davam edərkən hər iki tərəf verdikləri ciddi itkilər altında qalmağa başlayıb. Ukrayna cəbhəsində döyüşən əsgərlər silah və sursatlarının azaldığını desələr də, Rusiyada ciddi kadr çatışmazlığı yaranıb. Rusiyanın Ukraynada döyüşmək üçün məhbusları cəlb etməyə başladığı bildirilib.

Döyüşə gedən hər məhbusa aylıq 3 min paund maaş verildiyi, 6 aydan sonra sağ-salamat qayıtdıqları təqdirdə cəzalarının ləğv ediləcəyi açıqlanıb.