Neft yatağında partlayış olub, ölənlər var

6 İyul 2022 12:53 (UTC+04:00)

Qazaxıstanın qərbindəki "Tengiz" neft yatağında partlayış baş verib.

SİA-nın məlumatına görə, yataq ərazisində boru xəttinin partlaması nəticəsində iki işçi həlak olub, daha üç nəfər xəsarət alıb.

Qeyd olunur ki, partlayış səhər saatlarında baş verib, hadisə ilə bağlı cinayət işi açılıb.

Qazaxıstanın qərbindəki Atırau vilayətində yerləşən "Tengiz" yatağında neft ehtiyatları 3,2 miltard ton təşkil edir.