Azərbaycanın dünya siyasi nizamında yeri - ŞƏRH

6 İyul 2022 12:39 (UTC+04:00)

Azərbaycan regionun aparıcı ölkəsidir. Məhz Cənubi Qafqaz regionunda ölkəmiz təhlükəsizliyin qarantı olaraq, ikinci Qarabağ müharibəsindən sonra ölkəmizin beynəlxalq nüfuzu artıb və yeni geosiyasi çağırışlar fonunda sülhün əsas təminatçısıdır. Məhz Cənab Prezident İlham Əliyevin siyasətinin təməlində Azərbaycan beynəlxalq müstəvidə rolu artıb, etimad edilən və beynəlxalq sülh platformasının mərkəzi rolunda çıxış edir. İyunun 30 -da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının mövzusu da hazırkı vəziyyətlə səsləşir: “Azərbaycanın “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusunda konfransın keçirilməsi məhz ölkəmizin sülhün və təhlükəsizliyə töhfə verən bir ölkə olduğunun göstəricisidir.

Azərbaycan Cənab Prezident İlham Əliyevin uğurlu beynəlxalq siyasətinin nəticəsində BMT-dən sonra dünyada ikinci aparıcı təşkilat olan Qoşulmama Hərəkatı Təşkilatının 2019-2022 illər ərzində sədri seçilib. Bu illər ərzində təşkilatin beynəlxalq nüfuzu artıb və Cənab Prezident İlham Əliyevin bu mötəbər təşkilatın sədri kimi "Banduq" prinsiplərini rəhbər tutaraq ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi və beynəlxalq hüququn rəhbər tutulması istiqamətində ardıcıl bəyanatları və təşkilatın konfranslarında çıxışı ölkəmizə qarşı etimadın artırılmasına gətirib çıxardı. Cənab Prezident İlham Əliyevin bu mövqeyinə görə təşkilatin üzv ölkələri Azərbaycanın sədrliyini bir ildə uzatdılar. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq nüfuzunun göstəricisi və regionda aparıcı lider olduğunun göstəricisidir.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Cənab Prezident İlham Əliyevin burada çıxışı verdiyi mesajlar indiki beynəlxalq siyasi böhran dövründə bir yol xəritəsidir. Cənab Prezident İlham Əliyev bu konfransda Cənubi Qafqazda əsas sülhün təminatçısı Azərbaycanın olduğunu, regionda Ermənistanın apardığı siyasətin bu illər necə dağıdıcı olduğunu bir daha beynəlxalq tribunadan qeyd etdi. Bununla yanaşı bir daha Ermənistana sülh müqaviləsinin bağlanmasını, "Zəngəzur" dəhlizinin reallaşmasi, regionda kommunikasiya və nəqliyyat sisteminin reallaşmasını xüsusi qeyd etdi. Bununla, Cənab Prezident İlham Əliyev işğalın nəticələrinə baxmayaraq Azərbaycanın sülhdən yana olduğunu, Ermənistanla sülh müqaviləsinin bağlanmasını bir daha qeyd edərək mesajlar verdi. Bundan əlavə, Cənab Prezident İlham Əliyev Minsk qrupu kimi mənasız formatın bitdiyini və Azərbaycan üçün Qarabağ münaqişəsinin olmadığını xüsusi vurğulayaraq bir daha Ermənistana və onun havadarlarına yerini göstərdi. Cənab Prezident İlham Əliyevin bu toplatında çıxışını üç hissəyə ayırmaq olar. Birinci, Qoşulmama Hərakatının beynəlxalq nüfuzunun artırılması istiqamətində ardıcıl siyasətin aparılacağı təşkilat olaraq yeni dünya nizamında Azərbaycanın sədrliyi ilə daha da inkişaf edəcək. İkinci, Azərbaycanın mövqeyinin ortaya qoyulması, xüsusilə, Ermənistana verilən mesaj və aparılacaq danışıqlarda iki ölkə arasında yalnız münasibətlərin qurulması müzakirə ediləcək. Burada bir daha aydın olur ki, Minsk qrupu və "status" Azərbaycan üçün bitib.Üçüncü, Qonşu ölkələrlə qarşılıqlı etimad müstəvisində əməkdaşlıq və Hərəkata üzv ölkələri arasında parlamentlər arası əməkdaşlığı inkişaf etdirmək. Bu da beynəlxalq müstəvidə qarşılıqlı dəstəyin olması deməkdir. Göründüyü kimi, Cənab Prezident İlham Əliyevin konfransda çıxışı müasir siyasi böhran fonunda yeni bir təhlükəsizlik və sülh konsepsiyasıdır. Azərbaycan bundan sonra daha da inkişaf edəcək.

Nicat ismayılov

YAP Yasamal rayon “EmbaFinans QSC” üzrə ərazi partiya təşkilatının sədri