Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı artıb

6 İyul 2022 12:17 (UTC+04:00)

Pakistanın Bəlucistan əyalətində güclü yağışlar nəticəsində həyatını itirənlərin sayı 20-yə yüksəlib.

SİA-nın əldə etdiyi məlumata görə, TRT xəbər xəbər verir ki, sel fəlakətindən ən çox təsirlənən Ketta şəhərində daha 10 nəfər həyatını itirib. Beləcə ölü sayı 20-yə çatıb. Şəhərdə fövqəladə vəziyyət elan edilib.

Bildirilir ki, güclü yağışların təsirli olduğu Kettada bir evin damının uçması nəticəsində eyni ailədən 6 qadın ölüb. Şəhərin müxtəlif yerlərində sel sularında boğulan 4 nəfərin cəsədi tapılıb. Sariab Mills rayonunda da xeyli sayda ev dağılıb. Hüşnob kəndində körpü uçub, bir çox kənd təsərrüfatı sahələrinə ziyan dəyib.