ABŞ-da ölənlərin sayı 7-yə çatıb

6 İyul 2022 11:38 (UTC+04:00)

ABŞ-ın İllinoys ştatında Müstəqillik Günü zamanı silahlı hücumda ölənlərin sayının 7-yə yüksəldiyi bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ötən gün ABŞ-ın İllinoys ştatının Haylend Parkında Müstəqillik Günü zamanı 22 yaşlı Robert E.Crimo kütləyə atəş açıb.

Hücumda yaşları 14-70 arasında olan ümumilikdə 39 nəfərin yaralandığı bildirilib, 8 yaşlı uşağın vəziyyətinin ağır olduğu qeyd edilib.