Qurban bayramı namazının qılınacağı vaxt AÇIQLANDI

6 İyul 2022 11:30 (UTC+04:00)

Azərbaycanda Qurban bayram namazlarının qılınacağı vaxtr açıqlanb.

SİA-nın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Qurban bayramı ilə bağlı fətvasında deyilir.

Fətvada bildirilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcəkdir. Şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər. İyul ayının 9-da məscidlərimizdə birgə Bayram namazları qılınacaqdır, inşaAllah.