ÇL-də 1-ci təsnifat mərhələsi davam edir

6 İyul 2022 09:02 (UTC+04:00)

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.

SİA Qol.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə 7 qarşılaşma keçiriləcək.

Moldova "Şerif"i səfərdə Bosniya və Herseqovina "Zrinski"si ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri iyulun 12-si və 13-də oynanılacaq.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

6 iyul

18:00. "Tobol" (Qazaxıstan) - "Ferentsvaroş" (Macarıstan)

20:00. "Bodo Qlimt" (Norveç) - "Klasksvik" (Farer adaları)

20:00. HIK (Finlandiya) - RFŞ (Latviya)

21:30. "Düdelanj" (Lüksemburq) - "Tirana" (Albaniya)

22:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Şerif" (Moldova)

22:15. "Maribor" (Sloveniya) - "Şaxtyor" (Soliqorsk, Belarus)

22:30. "Slovan" (Bratislava, Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan)