Әrdoğan vә Mario Draqi birgә mәtbuat konfransında çıxış ediblәr

6 İyul 2022 08:16 (UTC+04:00)

Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyәyә sәfәr edәn İtaliyanın Baş naziri Mario Draqini Prezident İqamәtgahında rəsmi mərasimlə qarşılayıb.

SİA-nın əldə etdiyi məlumata görə, mərasimdən sonra prezident Rәcәb Tayyib Ərdoğan ilә İtaliyanın baş naziri Mario Draqi təkbətək görüş keçiriblәr və III Türkiyə-İtaliya Hökumətlərarası Zirvə Toplantısına sədrlik ediblәr.

Zirvә toplantısından sonra Rәcәb Tayyib Ərdoğan və Mario Draghi birgә mәtbuat konfransı keçiriblәr. Mәtbuat konfransında çıxış edәn Rәcәb Tayyib Әrdoğan İtaliyanın baş naziri Mario Draqinin rәhbәrlik etdiyi nümayәndә heyәtini qәbul etdiyi üçün mәmnun olduğunu ifadә edib.

Rәcәb Tayyib Әrdoğan bazar günü İtaliyanın şimal-şərqindəki Alp dağlarında buz kütləsinin çökməsi nəticəsində həlak olanlarla әlaqәdar İtaliya Baş nazirinә başsağlığı verib vә xәsarәt alanlara şәfa dilәyib.

“Münasibətlərimizin institusionallaşdırılmasını gücləndirəcək 9 saziş imzaladıq. Әməkdaşlıq imkanlarının inkişafına diqqət yetirdik. Hәm regional, həm də qlobal məsələlər ətrafında fikir mübadiləsi apardıq. İqtisadi və ticarət əlaqələrimiz günü-gündən inkişaf edir. Epidemiyaya baxmayaraq ticarət dövriyyəmiz keçən il 34 faiz artaraq rekord həddә çatıb’’,-deyә Rәcәb Tayyib Әrdoğan vurğulayıb.

Taxıl dәhlizi mәsәlәsinә dә toxunan Rәcәb Tayyib Әrdoğan deyib: “On gün әrzindә danışıqlarımızı intensivləşdirib nəticə əldə etməyə çalışacağıq”.