ABŞ-da Baydendən qurtulmaq planı..?

6 İyul 2022 07:49 (UTC+04:00)

Demokratlar Partiyası ABŞ prezidenti Co Baydeni “günah keçisi” etmək və noyabrda Nümayəndələr Palatasına keçiriləcək ara seçkilərdən sonra ondan yaxa qurtarmaq istəyir.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avstraliyanın Sky News telekanalının efirində Fox News-un siyasi şərhçisi Tommi Laren bildirib.

O, bu barədə Harvard CAPS/Harris Poll sorğusunun nəticələrini müzakirə edərkən bildirib. Araşdırmaya görə, ABŞ vətəndaşlarının 71 faizi Cozef Baydeni ikinci prezidentlik müddətinə seçkilərdə görmək istəmir.

Belə ki, benzinin bahalaşması və inflyasiya fonunda onun reytinqi 38 faizə düşüb.

Laren əmindir ki, Demokrat Partiyası gələcəkdə vəziyyətin necə inkişaf edəcəyini və seçkilərdə nələrin baş verəcəyini görəcək. Demokratlar ABŞ vətəndaşlarını ölkədə yaşanan “problem”lərin məhz Cozef Bayden və ABŞ vitse-prezidenti Kəmala Harrisdə olduğuna inandırmağa çalışacaqlar.

Laren bildirib ki, Demokratlar Partiyası əvvəlcə Kəmalə Harrisi növbəti prezident seçkilərinə göndərmək istəyirdilər, lakin indi onun namizədliyinə baxılmır. O, Kaliforniya qubernatoru Gavin Newsomun ABŞ-ın Demokratik prezidentliyi uğrunda mübarizə aparacağına əmindir.

Ağasəf Babayev