Ölənlərin sayı 7 nəfərə çatıb

6 İyul 2022 07:23 (UTC+04:00)

ABŞ-ın Çikaqo yaxınlığındakı İllinoys şəhərində Müstəqillik Günü şərəfinə keçirilən parad zamanı baş verən atışmada ölənlərin sayı 7 nəfərə çatıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumatda qeyd edilir ki, atışma nəticəsində yaralanan ümumilikdə 39 nəfər 4 xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı axtarışda olan 22 yaşlı Robert Krimonu saxlayıb.