Çaba qasırğası Çinə ciddi ziyan vurub

6 İyul 2022 04:16 (UTC+04:00)

Çaba qasırğası Çinin cənubunda ciddi fəsad törədib.

SİA APA-ya istinadən xəbər verir ki, Güclü küləklə müşayiət olunan leysan Quansi və Quandun əyalətlərində daşqına səbəb olub. Bir neçə şəhərdə evləri və yolları su basıb, nəqliyyatın hərəkəti iflic olub. Meteorologiya xidməti qasırğanın ölkənin mərkəzinə doğru irəliləyəcəyi, daşqınların miqyasının genişlənəcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, ölkə miqyasında anomal istilərlə mübarizə aparan Çinə ötən ay da rekord həcmdə yağıntı düşmüşdü.