Tietgen dünyanın ən yaxşı yataqxanasıdır

6 İyul 2022 04:00 (UTC+04:00)

Danimarkanın Orestad şəhərində, Kopenhagen ətrafında yerləşən Tietgen dünyanın ən yaxşı yataqxanası hesab edilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yataqxananın dairəvi, yeddimərtəbəli əsas binasının forması içəridə yaşayan insanların birliyini simvolizə edir.

Bina 360 nəfərlik çox rahat yaşayış üçün nəzərdə tutulub ki, onlar təkcə terraslı rahat və geniş otaqlar deyil, həm də ictimai yerlər - ümumi otaqlar, mətbəxlər, kitabxanalar, idman kompleksi və oyun otaqlarından ibarətdir.

Bu dəbdəbəli binada yaşayış sahəsi bir nəfərlik otaq üçün 26-33 kvadratmetr, birlikdə yaşamağa qərar verən cütlük üçün isə 45 kvadratmetrdir.