"Davam" jurnalının təqdimat mərasimi baş tutub - FOTOLAR

6 İyul 2022 01:11 (UTC+04:00)
5 iyul tarixində Azərbaycan-Fransız Universitetində "Davam" Gənclər Hərəkatına məxsus olan “Davam” jurnalının təqdimat mərasimi baş tutub. SİA xəbər verir ki, tədbirdə millət vəkili Aydın Mirzəzadə, "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə, Turizm Könüllüləri Təşkilatının direktoru Niyaz Əliyev, Hərəkatın katibliyi, media nümayəndələri və fəal davamçılar iştirak edib.
İlk olaraq çıxış nitqini söyləyən "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı qonaqları salamlayaraq tədbiri açıq elan edib. O, "Davam" Gənclər Hərəkatının ötən vaxt ərzində ərsəyə gətirdiyi layihələr barədə ətraflı məlumat verərək bildirib ki, bu jurnal “Davam” Gənclər Hərəkatının 2020-2021-ci illər üzrə fəaliyyətini özündə əks etdirir.
Daha sonra isə millət vəkili Aydın Mirzəzadə, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə, Turizm Könüllüləri Təşkilatının direktoru Niyaz Əliyev çıxış edərək Hərəkatın fəaliyyəti və nəşr olunan jurnalla bağlı öz təəssüratlarını bölüşüblər. Tədbirin sonunda jurnal qonaqlara təqdim olunub.
Qeyd edək ki, "Davam" jurnalının ideya müəllifi "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, redaktorları baş katib Nigar Aslanova, PR və Media məsələləri üzrə katib Lumu İsrəfilli, dizayneri isə Mübarək Səlimlidir.