Irəvanda erməni müxalifətçilər aksiya keçirərək ölkədəki qanun səviyyəsindən narazılıqlarını bildiriblər.
SİA-nın əldə etdiyi məlumata görə, “Müqavimət” hərəkatının nümayəndələri Prezident İqamətgahının qarşısına xiyar qoyublar.
“Baxmayaraq ki, Prezident Konstitusiyanın qorunması ilə məşğul olmalıdır, lakin o Ermənistanda tərəvəz və bostan bitkilərinin nümayəndəsidir, heç bir iş görmür və bir nəfərin göstərişinə əməl edir. Biz ona bu tərəvəzi fəaliyyətsizliyinin simvolu kimi gətirmişik, jestimizdə heç bir şəxsi təhqir yoxdur”, – deyə aksiya iştirakçıları qeyd ediblər.
Deputat Tadevos Avetisyan qeyd edib ki, ölkədə qanunun aliliyi yoxdur, Konstitusiya və Konstitusiya Məhkəməsi Baş nazirin və onun komandasının maraqlarına xidmət edir.