Maurisio Poçettinonu istefaya göndərən PSJ yeni baş məşqçisini açıqlayıb.
SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanı Kristof Qaltye çalışdıracaq. 55 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Daha əvvəl tərəflərin 2+1 illik sözləşməyə qol çəkəcəyi bildirilirdi.
Qeyd edək ki, Qalt daha əvvəl Fransada "Sent-Etyen" və "Lill", "Nitsa" kimi komandaları çalışdırıb. Fransalı mütəxəssisin son klubu məhz "Nitsa" olub. O, bu il klubdan ayrılıb.
Xatırladaq ki, PSJ Poçettinonu 2 saat əvvəl istefaya göndərib. Argentinalı çalışdırıcı 2021-ci ilin yanvarından bu vəzifəni icra edirdi.