Ayvalıkda 78 qaçqın xilas edilib

5 İyul 2022 22:20 (UTC+04:00)

Türkiyәnin Balıkesir şәhәrinin Ayvalık qәsәbәsi sahillәrindә 78 qaçqın xilas edilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, qaçqınlar rezin qayıqla Lesbos adasına keçmәyә cәhd göstәriblәr. Sahil mühafizә dәstәlәrinin hәyata keçirdiyi әmәliyyat nәticәsindә 78 qaçqın xilas edilib.

Qeyd edәk ki, tibbi yoxlanışdan keçәn qaçqındar Miqrasiya İdarәsinә göndәriliblәr.