Azərbaycanda ötən ay üzrə ixrac 3,1 milyard ABŞ dollarıdır

5 İyul 2022 21:56 (UTC+04:00)

Azərbaycanda iyun ayı üzrə ixracın dəyəri 3,1 milyard ABŞ dollarıdır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki,qeyri-neft sektoru üzrə ixracda artım 5,8 faiz təşkil etməklə 269,6 milyon ABŞ dolları olub.

Ötən ay ərzində yeyinti məhsulları üzrə ixrac 6,6 faiz artaraq 119,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 5,1 faiz artaraq 149,9 milyon ABŞ dolları təşkil edib.