"Şəxsi həyatımı paylaşmağı sevmirəm" - AKTRİSA

5 İyul 2022 19:18 (UTC+04:00)

Finala çıxan türk serialı “Zalim İstanbul”da tamaşaçı qarşısına çıxan Mine Tuqay tez-tez sosial media səhifəsində paylaşımları ilə gündəmə gəlir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Mine Tuqay bu dəfə izləyicisinin ona verdiyi sualı cavablandırıb.

Şəxsi həyatından danışan aktrisa "Niyə həmişə təksən?" sualına, "Bir çox insanla olmaqdansa, tək qalmağı xoşlayıram, amma tək deyiləm. Sadəcə şəxsi həyatımı paylaşmağı sevmirəm" deyə cavab verib.

Ayşən Vəli