"Qəbələ" klubu yeni transferini açıqlayıb

5 İyul 2022 17:15 (UTC+04:00)

Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” yay fasiləsində dördüncü transferini reallaşdırıb.

İsrailli yarımmüdafiəçi Feras Abu-Akal 2022/2023 mövsümündən komandanın formasını geyinəcək. 25 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Abu-Akal peşəkar karyerasına “Hapoel İroni”də başlayıb. O, 2019-cu ilin yayında “Aşdod”a keçib. Son üç mövsümdə bu komandada çıxış edən yarımmüdafiəçi İsrail çempionatında 82 oyunda meydanda olub.

Qeyd edək ki, “Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev və Felipe Santosu heyətinə qatıb.