Metroya balta ilə girən şəxslə bağlı araşdırma başladı - VİDEO

5 İyul 2022 15:34 (UTC+04:00)

Bakıda metro stansiyasında balta ilə video çəkib paylaşan şəxslə bağlı araşdırmalara başlanıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, metropolitendə bir nəfərin canlı yayım açaraq izləyicilərinə balta ilə gəzdiyini iddia edən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbir görülür.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.