Qonşusunun atını güllələyib öldürən şəxs saxlanılıb

5 İyul 2022 11:49 (UTC+04:00)

Ağcabədidə qonşusunun atını güllələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinə iyulun 4-də Sarıcalı kənd sakini E.Məmmədova məxsus atın kənd ərazisində tüfənglə öldürülməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakini Emin Əliyev müəyyən edilərək saxlanılıb. Ondan “Churchil” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.