Monteneqroda rekord temperatur göstəricisi qeydə alınıb

5 İyul 2022 05:17 (UTC+04:00)

Monteneqronun paytaxtı Podqoritsada son 73 ilin ən isti gecəsi qeydə alınıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ötən gecə Podqoritsada havanın temperaturu 27,6 dərəcədən aşağı düşməyib. Beləliklə, son 73 ilin temperatur rekordu qırılıb.

Qeyd edək ki, ötən il Podqoritsada havanın temperaturu 30 dərəcə və yuxarı olan ümumilikdə 91 “tropik gün” qeydə alınıb.

Mütəxəssislər hesab edirlər ki, cari ildə bu rəqəm daha da artacaq.