İngiltərədə nəhəng su zanbağı aşkar edilib

4 İyul 2022 23:06 (UTC+04:00)

BBC-nin xəbərinə görə, yeni su zanbağı növü Kew Kral Nəbatat Bağında aşkar edilib. Məlumata görə sözmövzusu bitki təxminən 177 ildir Kew Kral Nəbatat Bağında gözlərdən uzaq qalıb.

SİA-nın əldə etdiyi məlumata görə, rəsmi olaraq başqa ad altında qeydə alındığı üçün diqqətlərdən yayınan nəhəng su zanbağı mənşəyi Amazon nəzərə alınaraq “Viktoriya Boliviya” adlandırılıb.

Alimlər bildirirlər ki, yarpaqları 3 metrə qədər çatan yeni növ zanbağ yalnız gecələr çiçək açır.

Araşdırmanın təfərrüatları Plant Biology jurnalında dərc olunub.