Rusiyanın "Rosneft" şirkəti ölkənin şimalındakı Peçora dənizinin Medınsko-Varandeyski bölgəsində təxminən 82 milyon ton neft olan böyük bir neft yatağı aşkarladığını açıqlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə şirkətin açıqlamasında bildirilib.
“Testlər zamanı gündə maksimum 220 kubmetr axış sürəti ilə sərbəst neftin axını əldə edilib, - deyə məlumatda qeyd olunub.
“Rosneft” qeyd edib ki, Peçora dənizinin sularında kəşf regionda əhəmiyyətli neft potensialını üzə çıxarıb və kəşfiyyat işləri üçün zəmin yaradıb.