Yuliya sülh sazişinə qarşıdır...

4 İyul 2022 03:54 (UTC+04:00)

Ali Radanın deputatı, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko Rusiya ilə Ukrayna arasında sülh sazişinin bağlanmasına qarşı çıxıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Telegraph” məlumat yayıb.

Onun sözlərinə görə, bu, Ukrayna üçün qəbuledilməzdir. “Sülh müqaviləsi illüziyadır və yeganə çıxış yolu döyüşdə qələbədir. İstənilən sülh razılaşması başqa bir müharibəyə doğru ilk addım olacaq”.

Siyasətçi NATO ölkələrini Ukrayna tərəfinə silah tədarükünü sürətləndirməyə çağırıb. O, həmçinin Rusiya tərəfini münaqişəni uzatmaqda ittiham edib.

Qeyd edək ki, bundan əvvəl Timoşenko Ukrayna prezidenti Vladimir Zelenskini müstəqilliyi qorumaq üçün ölkədəki bütün siyasi qüvvələri birləşdirməyə çağırıb. O, Rusiyanın Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanımasını beynəlxalq hüququn fundamental normalarının kinli şəkildə pozulması adlandırıb. Onun fikrincə, bütün demokratik dünya səfərbər olmalı, güc nümayiş etdirməli və ümumi dəyərləri müdafiə etməlidir.

Ağasəf Babayev