Cüdo hakimimiz açıq Avropa turnirinin yarışlarını idarə edib

4 İyul 2022 02:58 (UTC+04:00)

Daha bir cüdo hakimimiz beynəlxalq turniri idarə edən ədalət təmsilçiləri arasında yer alıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü Arzu Acalova beynəlxalq yarışda iştirak edib. “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim iyulun 2-3-də Rumıniyanın Kluj-Napoka şəhərində böyüklər arasında cüdo üzrə keçirilən açıq Avropa turnirində ədalət təmsilçiləri arasında yer alıb.