SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə İsrailin Baş nazirinin ofisi məlumat yayıb.

“Baş nazir Yair Lapid müxalifət lideri Benyamin Netanyahunu hərbi katib general-mayor Avi Gillə birlikdə gündəmdəki dövlət işləri barədə məlumatlandırmaq üçün görüşə dəvət edib”, – deyə məlumatda bildirilir.