“Zenit”in sabiq futbolçusu “Neftçi”də

4 İyul 2022 01:28 (UTC+04:00)

"Neftçi" Gürcüstan millisinin üzvü Solomon Kvirkveliyanı transfer edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

30 yaşlı mərkəz müdafiəçisi Rusiyanın "Zenit" ,“Rubin”, “Nefteximik”, “Lokomotiv” (Moskva), “Rotor”, Ukraynanın “Metallist 1925” klublarında çıxış edib. Onun,son klubu vətənində “Qaqra” olub. Kvirkveliya 2014 və 2017-ci illərdə Gürcüstanın ən yaxşı futbolçusu seçilib.