Bakıda avtobus piyadanı vuraraq öldürüb

4 İyul 2022 00:43 (UTC+04:00)

Bakının Xəzər rayonunda yol qəzası baş verib ölən var.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə aeroport şossesində qeydə alınıb.

Sərnişin avtobosu şosedən keçən 1976-ci il təvəllüdlü Ehtiram Hüseynovu vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.