"Bakmil" stansiyası istiqamətində metro qatarlarının iş qrafiki dəyişdirilib

3 İyul 2022 16:32 (UTC+04:00)

Aparılmış monitorinqlərin nəticəsinə əsasən, 4 iyul 2022-ci il tarixindən iş günləri ərzində "Bakmil" stansiyası və əksinə hərəkət edən qatarların cədvəlinə dəyişiklik edilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Bakmil"dən xəttə daxil olan və "Nəriman Nərimanov" stansiyasında xətdən çıxarılan qatarların hərəkət cədvəli ilə Bakı metropoliteninin rəsmi saytının müvafiq bölməsində (http://metro.gov.az/az/schedule) tanış ola bilərsiniz.

Yeni iş həftəsi ərzində digər dəyişikliklər barədə sərnişinlərə əlavə məlumatlar təqdim olunacaq.