Sumqayıtda mağazada yanğın olub

3 İyul 2022 10:17 (UTC+04:00)

Sumqayıt şəhərində ümumi sahəsi 25 m² olan ərzaq mağazasının yanar konstruksiyaları, içərisindəki mallar 17 m² sahədə və 1 ədəd televizor yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.